"Ölkəmizdə insan hüquqlarının təmini, qanunun aliliyinə hörmət daxili sabitlik üçün zəmin yaradıb".
Unikal.org xəbər verir ki, bunu "Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında ombudsmanların rolu" mövzusunda Ombudsmanların XVI Bakı beynəlxalq konfransında çıxış edən Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova deyib.
O bildirib ki, ölkə prezidenti tərəfindən həyata keçirilən siyasət nəticəsində əhalinin minimum əməkhaqqı və pensiyası artıb: “Bütün dünyada sülhün bərqərar olunması üçün əməkdaşlıq etmək faydalı olar. Sülh hər bir xalqın arzu və istəyidir. Bu, Azərbaycan dövlətinin də əsas prinsiplərindəndir. Azərbaycanda insan hüquqlarının qorunması üzrə 3 əsas strateji sənəd olub. İndiyədək Ombudsman təsisatı tərəfindən dövlət qurumlarına 700 təklif verilib. Onların əksəriyyəti icra edilib".E.Süleymanova deyib ki, indiyədək Azərbaycanda 11 amnistiya aktı qəbul edilib, amnistiya aktı on minlərlə insana şamil olunub: "İndiyədək 699 qadın məhkum azadlığa buraxılıb. Uşaqlara qarşı təcavüzün aradan qaldırılması üzrə sənəd hazırlanaraq Milli Məclisə təqdim olunub".