Sumqayıtda məktəb direktoru tutduğu vəzifədən azad olunub.
Unikal.org xəbər verir ki, Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva müvafiq əmrlə tutduğu vəzifədən azad edilib.
Xatırladaq ki, Ruhiyyə Tağıyeva 2016-cı ilin aprel ayından noyabr ayına kimi Sumqayıt şəhər təhsil şöbəsinin müdiri vəzifəsində çalışıb.Həmin ilin dekabr ayında isə sözügedən məktəbin direktoru təyin olunub.