Qurbanəfəndi kənd sakinləri ilə dəfələrlə görüşən, onların hər bir probleminin həllinə yardımçı olan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov bu günlərdə sakinləri qəbul edib.
Unikal.org xəbər verir ki, iştirakçılar əvvəlcə görülən işlərə, kəndin problemlərinin müvəffəqiyyətlə həllinə, əhalinin məşğulluğunun artırılmasına, buraya qaz xətti çəkilməsinə görə ölkə rəhbərinə minnətdarlıq ediblər.
Təbiətin, xüsusilə meşələrin əsil mənada qorunmasını təmin etdikləri, təhsilə, əlillərlə işə xüsusi diqqətlə yanaşdıqları üçün rayon rəhbərliyinə və aid təşkilatlara təşəkkürlərini bildiriblər.
Aşağıda qeyd olunan məsələləri də diqqətdə saxlamağı xahiş ediblər: - elektrik xətlərinin kabelləşməsi davam etdirilməli, yeni məktəb tikintisi barədə təklif aid nazirlik qarşısında qaldırılmalı, perspektiv inkişaf üçün torpaq sahəsi ayrılması imkanları araşdırılmalı, kəndarası yolların çınqıllanmasına köməklik göstərilməli, “Tala” adlanan sahəyə suvarma suyunun verilməsi imkanlarına baxılmalı, sudan səmərəli istifadə olunmasına məsuliyyətlə yanaşılmalıdır.
Qurbanəfəndi bələdiyyəsinə aid olan məsələlər bilavasitə sədrin diqqətinə çatdırılıb, digər təklif və xahişlərin icrası da aid strukturların, xidmət təşkilatlarının üzərinə qoyulub.