Azərbaycan Kooperasiya Universitetində mediatur təşkil olunub.
Unikal.org xəbər verir ki, mediaturda 2018-2019-cu tədris ilinin yaz imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə KİV nümayəndələri, təhsil ekspertləri, QHT təmsilçiləri və tələbələrin valideynləri iştirak ediblər. Onlar universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi ilə yaxından tanış olublar.
Qonaqları univeritetin tədris işləri üzrə prorektoru Fikrət Quliyev salamlayaraq yaz imtahan sessiyasının təşkili və gedişi haqqında ətraflı məlumat verib. Bildirilib ki, Kooperasiya Universitetində 2018-2019-ci tədris ilinin yaz imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, eyni zamanda sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək məqsədilə fakültələr və universitet üzrə Apelyasiya komissiyaları yaradılıb. Habelə, müraciətlərin operativ dəyərləndirilməsi və adiyyatı üzrə həllinin təşkili məqsədilə universitetdə Qaynar xətt də fəaliyyət göstərir.
Sonda mediaturun iştirakçılarının sualları cavablandırılıb.