Bu gün Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gənclər Birliyi Şurasının iclası keçirildi.
Unikal.org xəbər verir ki, iclasda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov çıxış edərək müstəqil Azərbaycanın son 26 ildə keçdiyi yoldan və əldə edilən uğurlardan danışdı,ölkədə həyata keçirilən gənclər siyasətindən bəhs edib. Eyni zamnada son illər ərzində ölkədə yerli və beynəlxlaq əhəmiyyətli layihələrin, tədbir və idman yarışların keçirilməsi haqqında məlumat verib. Millət vəkili Cavid Osmanov Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkə gənclərinə göstərdiyi xüsusi diqqət və qayğının hər zaman yüksək səviyyədə olduğunu və bu siyasətin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd etdi. Bildirdi ki, ulu öndər Heydər Əliyev gənclərə həmişə diqqət və qayğı ilə yanaşıb, onların problemlərinin həllinə çalışırdı. Ümummilli Liderin bu siyasəti hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə daxili vəziyyətin sabit olduğunu, bu gün Azərbaycanın dünya miqyasında ən sabit ölkələrdən birinə çevrildiyini və bu daxili sabitliyin qorunmasının hər bir ölkə vətəndaşının, o cümlədən gənclərin əsas vəzifəsi olduğunu bildirən Cavid Osmanov hər bir gəncin ölkəmizin gələcəyi üçün çalışmalı olduğunu və bunun üçün də cənab Prezidentimizin ətrafında sıx şəkildə birləşməyin vacibliyini qeyd etdi.Şura üzvlərinin qarşısında duran vəzifələrdən danışan Cavid OsmanovYeni Azərbaycan Partiyasının gənclər üçün yaratdığı imkanlara da diqqət çəkdi.
Görüşdə YAP Ağdaş rayon təşkilatının baş məsləhətçisi Anar Şahmuradov da çıxış edərək Azərbaycanın müstəqilliyinin ilk illərində ağır vəziyyətlərlə üzləşdiyini, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından və müasir gəncliyin üzərinə düşən vəzifələrdən danışdı.Anar Şahmuradov Azərbaycanın müstəqil dövlət kimi mövcud olması və davamlı inkişaf mərhələsi keçməsindən ciddi narahatlıq keçirən bəzi dairələrin olmasını Şura üzvlərinin diqqətinə çatdıraraq qeyd etdi ki, ölkə müstəqillik əldə etdiyi ilk illərdə Azərbaycana rəhbərlik edən naşı şəxslər, xüsusilə də AXCP-Müsavat cütlüyünün ölkədə hakimiyyətdə olduqları zaman törətdikləri özbaşınalıqlar daxildə xaos və anarxiya yaratmışdı. Bütün bunların nəticəsində müstəqil Azərbaycan olmazın məhrumiyyətlərlə üz-üzə qalmışdı. Həmin qüvvələr bu gün də Azərbaycana qarşı qarayaxma kampaniyası apamağa, ölkənin nüfuzuna xələl gətirməyə çalışırlar. Bunun sosial şəbəkələr vasitəsilə həyata keçirildiyini vurğulayan Anar Şahmuradov qeyd etdi ki, hər bir gənc sosial şəbəkələrdə fəal olmalı, həmin şəxslərə tutarlı cavablar verməlidir.Azərbaycan artıq 90-cı illərin zəif Azərbaycanı deyil. Əgər kimsə Azərbaycana, onun dövlətçiliyinə qarşı çıxarsa qarşısında xalq-iqtidar birliyini görəcəkdir.
Qarşılıqlı fikir mübadiləsində iştirak edənŞura üzvləri ürək sözlərini bildirərəkqeyd etdilər ki, bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Eyni zamanda radikal müxalifətin dağıdıcı fəaliyyətini pisləyən gənclər bildirdilər ki, sağlam əqidəli Azərbaycan gəncliyi möhtərəm Prezidentimizin ətrafında sıx birləşib və gələcəyə doğru inamla addımlayırlar.