Ölkəmizdə insanlar ən çox ürək xəstəliklərindən ölür. Ötən il dünyasını dəyişənlərin 33 909-u qan dövranı sistemi xəstəliklərindən əziyyət çəkənlər olub.
Unikal.org Xəzərxəbər-ə istinadən məlumst verir ki, Kardioloq Təvəkkül Yusifovun sözlərinə görə, ümumiyyətlə ürək xəstəliklərinin yaşı cavanlaşıb. Əgər əvvəllər bu xəstəliklərədaha çox 25-30 yaşlarda rast gəlinirdisə artıq bu yaş 18 qədər enib.
Kardioloqun sözlərinə görə bu xəstəliklərin yaranmasının başlıca səbəbi qidalnama və düzgün həyat tərzi sürməməkdir.
Qeyd edək ki, ötən il Azərbaycanda 57 250 nəfər dünyasını dəyişib ki, bu da 2017-ci illə müqayisədə çoxdur.