Rusiyada benzinin qiyməti sabit qalmır. Statistika komitəsinin (Rosstat) məlumatına görə, mayda qonşu ölkədə yanacağın qiyməti 17,5 faiz artıb.
Unikal.org xəbər verir ki, bahalaşma bir çox neft-qaz məhsullarından da yan keçməyib. Məsələn, propanın, butanın, neft koksunun qiymətində də yüksəlmə var.
“Rosstat” ayrı-ayrı bölgələr üzrə qiymət qrafikini təqdim edib. Ən çox Kızıl şəhərində yüksəlmə olub (1,4 faiz). Kostromada, Çitada da qiymət artıb. Azalma isə daha çox Sevastopolda, Qorno-Altayskda, Simferopolda olub.
Moskva və Sankt-Peterburqda da artım qeydə alınıb. Təkcə son bir həftədə Rusiyanın əsas şəhərlərində 0,3 faiz qiymət fərqi yaranıb.