Ağrı şəhərinin Patnos mahalında yol qəza hadisəsi baş verib. Belə ki, Mehmet Ali Sarıboğa idarəsindəki 20 DD 743 nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarındakı maneələrə çırpılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər veirr ki, qəza nəticəsində 1 nəfər ölüb, biri uşaq olmaqla 2 nəfər də yaralanıb. Qəzada ağır yaralanan Azərbaycan əsilli Gülər Rəhimova sıxışıb qaldığı avtomobildən xilasedicilər və səhiyə işçiləri tərəfindən çətinliklə çıxarılıb.
Avtomobildəki Rəhimova ilə sürücü, eləcə də şəxsiyyəti hələlik məlum olmayan uşaq xəstəxanaya çatdırılıb. Yaralılardan Rəhimova həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib. Sürücü ilə şağın səhhətinin yaxşı olduğu deyilib.
Məlumata görə, qəzada hayatını itirən Rəhimovanın və sürücü Sarıboğa imam nikahı ilə evli olublar.