Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Unikal.org xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə Azərbaycan təmsilçilərindən “Qəbələ”nin də rəqibi müəyyənləşəcək. Püşkatma mərasimi saat 15:00-da start götürəcək. İkinci mərhələnin ilk oyunları iyulun 25-də, cavab görüşləri isə avqustun 1-də olacaq. Səpələnmişlər sırasında yer alan Qəbələ təmsilçisinin potensial rəqibləri bunlardır:
Lexiya (Qdansk, Polşa)
Dinamo (Tbilisi, Gürcüstan) – La Florita (San Marino) / Endorqani (Andorra)
Olimpiya (Lyublyana, Sloveniya) / Riqa (Latviya)
Breydablik (İslandiya) / Vaduts (Lixtenşteyn)
Radniçki Niş (Serbiya) / Flora (Tallin, Estoniya)
Avropa Liqasında mübarizəyə 1-ci təsnifat mərhələsindən başlayacaq “Neftçi” və “Səbail” isə ilk mərhələni adlayacaqları təqdirdə, səpələnməmişlər səbətində yer alacaqlar. “Neftçi” ilk mərhələdə Moldovanın “Speranta” klubu ilə qarşılaşacaq. “Ağ-qaralar” bu mərhələni keçsə, potensial rəqibləri bunlar olacaq:
Dinamo (Minsk, Belarus) / Liepaya (Latviya)
Espanyol (İspaniya)
Laçi (Albaniya) / Hapoel (Beer-Şeva, İsrail)
Atromitos (Yunanıstan)
Arsenal (Tula, Rusiya)
“Səbail” isə ilk mərhələdə Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşacaq. Aftandil Hacıyevin rəhbərlik etdiyi kollektiv mərhələni keçsə, potensial rəqibləri bunlar olacaq:
Aris (Saloniki, Yunanıstan)
Esbyerg (Danimarka)
Vitoriya (Portuqaliya)
Vulverhempton (İngiltərə)
Honved (Budapeşt, Macarıstan) / Jalgiris (Vilnüs, Litva) cütünün qalibi – Partizan (Serbiya)