Yaponiyada məşhur Fuji dağının yaxınlığndakı Aokiqahara meşəsində hər il orta hesabla 100 nəfər intihar edir. Meşənin uzaqdan baxıldığı zaman təbii yaşıllığı və gözəlliyi diqqət çəkir. Yerli və xarici turistlər bu meşəyə axın edir.
Unikal.org xəbər verir ki, turistlər Fuji Dağını yaxından görmək, dağın fotolarını çəkmək və düzəldilmiş çığırlarla təbiətdə yürüş etmək üçün gəlirlər.
Oraya gələn turistlərə onlar üçün təyin olunmuş yollardan kənar çıxmamaları tələb olunur. Çünki meşənin inanılmaz sıx bitki örtüyü var. Bu da itən şəxslərin tapılmasında mane törədir.
Bir də təyin olunan istiqamətlərdəjn bilərək çıxan və meşənin dərinliklərinə doğru gedənlər var. Onların bu yoldan çıxmasına səbəb intihar fikirləridir. Əvvəldə də dediyimiz kimi, o meşəyə intihar üçün gedənlər çoxdur.
Aokiqahara Yaponiya tarixində mistik yerdir. Seicho Matsumoto adlı yapon yazıçının 1960 cı ildə yazdığı "Black sea of trees" adlı romanının sonunda iki sevgili intihar etmək üçün "Aokigahara" meşəsinə gedib özlərini asırlar. O tarixdən etibarən Aokigahara meşəsi yapon xalqının intihar etmək üçün getdiyi məskən halına gəlib. Hətta o əsərdəki qəhrəmanlarının ruhunun həmin meşədə olduğu iddia edilir.
Aokiqahara meşəsinin girişinıə gəldiyiniz zaman zatən oradakı qorxu dolu ab-hava hiss olunur.
Belə ki, son dəfə bu meşəyə gəlmək üçün istifadə edilən və tərk edilmiş avtomobillər meşədə necə bir mühit olduğu haqqında ilkin təəssratları yaradır.
Meşəyə girən zaman "ocaq yandırmayın, zibil atmayın" kimi şablon xəbərdarlıqlar yerinə "lütfən intihar etməyin, həyat sizə verilmiş bir hədiyyə, ailənizi və dostlarınızı düşünün" kimi ifadələr yazılıb.
Meşənin dərinliklərinə doğru gedildiyi zaman ağaclarda cəmiyyətə ya da geridə qalanlara giley məqsədli mesaj verən mismarlanmış əşyalar və insanların son vida notları var.
Daha da irəlilədikcə özünü ağaclara asmış, aşırı dozlu dərmanla özünü öldürmüş insanların qalıqlarının olduğu görünür.
Aokigahara meşəsi, Yaponiyalı sosioloq və yazar Vataru Tsuruminin "intihar edəcəklərə əl kitabı" mövzulu mübahisəli kitabında da intihar etmək üçün ən uyğun yer deyə qeyd edilib.