Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) parlament qarşısında keçirilən aksiya iştirakçılarını qanun pozuntuları və zorakılığı dayandırmağa çağırıb.
Unikal.org xəbər verir ki, bu barədə DİN-in yaydığı müraciətdə deyilir.
Nazirlik etirazçıları vəziyyəti gərginləşdirməməyə və parlament ərazisini tərk etməyə çağırıb. Əks halda polis qanunla nəzərdə tutulmuş vasitələrdən istifadə edəcək.