Hicran Kamran qızı Hüseynova 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, o, Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə ordenlə təltif edilib.

Qeyd edək ki, 13 avqust Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüsyenovanın 70 yaşı tamam olur.