İngiltərənin “Mançester Siti” klubunun baş məşqçi Pep Qvardiola UEFA Çempionlar Liqasında unikal rekorda imza atıb.
"Unikal" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, o, turnir tarixində eyni rəqibə qarşı ən çox oyun keçirən çalışdırıcı olub.
İspaniyalı mütəxəssis ötən mövsüm “şəhərlilər”in sükanı arxasında Çempionlar Liqasının pley-off mərhələsində İspaniya “Real Madrid”i ilə üz-üzə gələrək bu rəqibə qarşı oyun sayını 14-ə çatdırıb. Belə ki o, “kral klubu” ilə 2 dəfə “Barselona”nın, 12 dəfə isə “Mançester Siti”nin baş məşqçisi kimi qarşılaşıb.
Çempionlar Liqası tarixində heç bir mütəxəssis eyni rəqibə qarşı bu qədər çox oyun keçirməyib.