"Gəncə" komandası heyətini braziliyalı voleybolçu ilə gücləndirib.

Klubdan "Unikal"a bildirilib ki, bölgə təmsilçisi Luisa Tomaz ilə müqavilə imzalayıb.

Voleybolçu ötən mövsümü Portuqaliyanın "Benfika" kollektivində keçirib.

Oyunçu Portuqaliya Superkubokunun və I Divizionun qalibi olub, Braziliya Superliqasında gümüş medal qazanıb.