A.Bakıxanov-M.Qaşqay küçələrinin kəsişməsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində müəyyən məhdudiyyətlər yaranıb.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, A.Bakıxanov küçəsindəki iki zolağda hərəkət müvəqqəti məhdudlaşdırılıb.

“A.Bakıxanov küçəsindən sola Mirəli Qaşqay küçəsinə giriş isə təmir işləri ilə əlaqədar olaraq məhdudlaşdırılıb”, - məlumatda bildirilir.