Bu ilin yanvar-may aylarında Azərbaycandakı 21 sığorta şirkətinin xətti ilə 319,272 milyon manat məbləğində sığorta haqqı toplanılıb.
Unikal.org Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9% azdır.
5 ay ərzində sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 93,778 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 3,8% azdır.
2019-cu ilin yanvar-may aylarında sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 29,4 manatı ödəniş edilib. 2018-ci ilin müvafiq dövründə bu göstərici 27,8 manat olub.