“Ata Holding” MMC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 96,727 milyon manat təşkil edib.
Unikal.org xəbər verir ki, report” qurumun maliyyə hesabatına apardığı araşdırma nəticəsində, şirkət bu, ötən il yanvarın 1-i ilə müqayisədə 3,2% azdır.
2018-ci ildə “Ata Holding”in cəmi öhdəlikləri 22,7% artaraq 29,277 milyon manata çatıb, cəmi kapitalı 11,3% azalaraq 67,45 milyon manata düşüb.
Ötən il “Ata Holding”in satışdan gəlirləri 31,179 milyon manat (əvvəlki ilə nisbətən 30,75% çox), satışının maya dəyəri 4,622 milyon manat (1% çox), əməliyyat xərcləri 38,219 milyon manat (2,6% çox), maliyyə gəlirləri 3,007 milyon manat (90,1% az), mənfəət vergisi ödəmələri isə 70 min manat (30,7% az) təşkil edib. Son nəticədə holdinq 2018-ci ili 8,725 milyon manat xalis zərərlə başa vurub. Halbuki, şirkətlər qrupu 2017-ci ildən 123,598 milyon manat xalis mənfəətlə çıxmışdı.