Qərbi Kaspi Universiteti, “Sabit Demokratiya” İctimai Birliyi və “Golden Rock” Ekoturizm şirkətinin birgə universitetin nəzdində təşkil etdiyi Xəzər problemləri Elmi Tədqiqat İnstitutunun Elmi Tədqiqat və Ekoturizm bazasının açılışı olub.
Unikal.org xəbər verir ki, açılışda çıxış edən universitetin rektoru professor Andris Leitas qeyd edib ki, Mərkəz elmi tədqiqatları təşviq etmək məqsədilə yaradılıb. Burada eyni zamanda yay və qış məktəbləri, hidrobiologiya, ixtiologiya, onurğasızlar və onurğalılar zoologiyası, balıqçılıq biotexnologiyası və s. kimi fənlərin çöl praktik məşğələləri, eləcə də beynəlxalq tədbirlər, treyninqlər təşkil olunacaq.
Rektor əmin olduğunu bildirib ki, Mərkəz ekoloji turizmin inkişafına da töhfə verəcək.