Bu ilin may ayının sonuna Azərbaycandakı bankların ölkə ərazisindəki bankomatlarının (ATM) sayı artıb.
Unikal.org-un Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi məlumata görə, mayın 31-nə ölkədəki ATM-lərin sayı 2 568 olub ki, ötən ilin may ayı ilə müqayisədə bu rəqəm 4% (97 ədəd çox), cari ilin aprel ayı ilə müqayisədə isə 1% (24 ədəd çox) artıb.
Hesabat ayında ölkə ərazisində bankların filiallarının sayı 512-yə, şöbələrinin sayı isə 129-a bərabər olub.