Prezident İlham Əliyev İlqar Seyidova polis general-mayoru ali xüsusi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org xəbər verir ki, Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Əməliyyat-Axtarış Tədbirləri Baş İdarəsinin rəisi İlqar Fəxrəddin oğlu Seyidova polis general-mayoru ali xüsusi rütbəsi verilsin.