Bu ilin yanvar-may aylarında ölkədə 30 608,7 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib.
Unikal.org xəbər verir ki, ÜDM istehsalının 46 faizi sənayenin, 9,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmirinin, 6,4 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9 faizi tikintinin, 3,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığın, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşənin, 1,8 faizi informasiya və rabitə sahələrinin, 14,4 faizi digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3099,0 manata bərabər olub.