Rabitəbank ASC yaranmasının 26-cı ilini uğurlu nəticələrlə və müştərilərinə yüksək xidmət göstəriciləri ilə qeyd edir.
Unikal.org Azərbaycan, müstəqilliyini bərpa etdiyi zamandan etibarən, əhalinin maliyyə xidmətləri sahəsindəki ehtiyaclarını qarşılamaq, səmərəli təkliflər vermək və ölkə iqtisadiyyatının müxtəlif sahələrinə o cümlədən maliyyə, sənaye, ticarət və kənd təsərrüfatısahəsində inkişafa dəstək olmaq önəmli idi. "Rabitəbank" da məhz həmin banklardan biri olmağı bacardı.
Bu gün "Rabitəbank" ölkənin 10 ən böyük bankı siyahısında yer alan, dinamik inkişafına görə fərqlənən banklardandır. Bankın aktivləri 611 milyon manat, məcmu kapitalı 107 milyon manat, kredit portfeli 353 milyon manat, aktiv kartlarını sayı 64 863 təşkil edir. Bü yüksək nəticələrin əldə edilməsində sonsuz əməyi olan "Rabitəbank" komandasının əməkdaşlarının sayı 771 nəfər təşkil edir.
1993-cü ildə yaranan "Rabitəbank", ölkənin ilk müstəqillik dövrünü, düzgün strategiyası və güclü komandası ilə birgə uğurla keçməyə nail oldu. Bu gün "Rabitəbank" iqtisadiyyatımızın inkişafında xüsusi rolu olan, sahibkarlığa dəstək verən və əhalinin istehlak kreditləri sahəsində ehtiyaclarını qarşılayan qabagcıl banklardan biridir.
"Rabitəbank" həmçinin Azərbaycan qadınının gücünü artırmaq adına, bank sektorunda ən əlverişli şərtlərlə qadın sahibkarlar üçün xüsusi məhsul təqdim edir, həmin xanımların sahibkarlığının inkişafı istiqamətində onların fəaliyyətini dəstəkləyir və ictimaiyyətə tanıdır. Ölkədə kiçik və orta biznesi dəstəkləmək adına bir çox dövlət qurumları, beynəlxalq qurumların dəstəyi ilə həyata keçirilən layihələrdə agent bank olaraq çıxış edir.
"Rabitəbank" artıq rəqəmsal dünyaya transformasiya edən bankların siyahısında öz təcrübəsi ilə xüsusi fərqlənir. Ölkədə ilk dəfə "Rabitabank Bot" üzərindən telegram və facebook messencer istifadəçiləri pul göndərə və ödənişləri həyata keçirə bilirlər. Bank müştərilərin bank əməliyyatlarını asanlaşdıran internet bankçılıq xidmətini müştərilərə təqdim edir və bir çox özəlliyi ilə fərqlənən mobil tətbiqini müştərilərin istifadəsinə təqdim etməyə hazırlaşır.
"Rabitəbank" 26-cı fəaliyyət dövründə ölkənin müxtəli bölgələrində 25 filial və şöbə açmış və 65 bankomatı yerləşdirmişdir. Bankın xidmət şəbəkəsinə 2019-cu ildə 24 saat və həftənin 7 günü fəaliyyət göstərən 24/7 filialıda əlavə edilmişdir.
"Rabitəbank" maliyyə xidmətləri ilə yanaşı məsuliyyətli korporativ vətandaş olaraq sosial rolunuda daimə genişləndirir. Bank KİV dostları üçün silsiləli şəkildə peşəkar təlimlər, gənclər üçün master-klasslar, paytaxt və regionlarda gənclərin maliyyə, marketinq, İT və digər istiqamətlərdə bilik və bacarıqlarını təkmilləşdirmək üçün təcrübə proqramları təşkil edir, ölkənin qabaqcıl gənclər təşkilatları və təhsil müəssisələri ilə qarşılıqlı layihələr həyata keçirir.
Həmçinin 2018-ci ildən başlayaraq "Rabitəbank" tələbələr üçün xüsusi təqaüd ayırmağa başladı, tələbələr arasında maliyyə savadlılığı istiqamətində yarışlar təşkil etdi.
26 illik fəaliyyəti ərzində "Rabitəbank" daima öz dəyərlərinə sadiq müştəriyönümlülük prinsipini əsas strateji hədəf kimi bəlirləyib addımlayan bankdır. Müştəri istəklərinin və rahatlığının təmin olunması bankın uğurla inkişafının əsas səbəbidir. "Rabitəbank" bütün uğurlarının yazılmasında birbaşa rolu olan müştərilərinə xidmət etməkdən qürur duyur və təşəkkür edir!
İlk müstəqil banklardan biri olan "Rabitəbank", 23 filial və 2 şöbədən ibarət xidmət şəbəkəsi, 65 ATM ilə müştərilərin xidmətindədir. Bankın bütün xidmət, məhsul və sərfəli kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün bankın 133 qaynar xəttinə aid www.133.az saytına daxil olmaq və ya 133 Məlumat mərkəzinə zəng etmək kifayətdir.