Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Unikal.org  xəbər  verir ki, iyulun 2-də qızılın qiyməti iyulun 1-i ilə müqayisədə 2,2015 manat azalaraq 1 unsiya üçün 2364,9635 manat təşkil edib.

Gümüş 0,0676 manat ucuzlaşaraq 1 unsiya üçün 25,8231 manata bərabər olub.

Platinin qiyməti 0,068 manat artaraq 1420,996 manat, palladiumun qiyməti isə 21,0545 manat artaraq 2635,459 manat təşkil edib.