Bir qədər əvvəl Ramana körpüsünün üzərində yol-nəqliyyat hadisəsi baş verib. Bununla əlaqədar olaraq qəza yerinə yaxın yolda bir hərəkət zolağı baglanib.
Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, sürət 20 km/saat endirilib.
Qəza səbəbindən qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub.
Qısa vaxtda qəzanın nəticələri aradan qaldırılıb və normal hərəkət bərpa edilib.