Sabirabad rayonunda çoban işləyən şəxs intihar edib.
Unikal.org “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Qalağayın kənd ərazisində qeydə alınıb.
Belə ki, yataqların birində çoban işləyən 1965-ci il təvəllüdlü Zülfüqar Məmmədov özünü heyvanların saxlanıldığı tövlədə asaraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
İntihar hadisəsinin səbəbi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.