UNEC-in nüfuzlu xarici universitetlərdə 1 il müddətinədək tədqiqat aparmaq üçün dəvət alan professor-müəllim heyətinin tədqiqat apardıqları müddətdə əmək haqlarının saxlanılması haqqında qaydalar təsdiqlənib.
Unikal.org xəbər verir ki, qaydalara əsasən, tədqiqatçının xarici universitetdə tədqiqat apardığı müddətdə UNEC-dəki iş yeri və elmi-pedaqoji fəaliyyətinə görə vəzifə maaşı saxlanılacaq.
Nüfuzlu xarici universitetlərdə tədqiqat aparmaq üçün dəvət alan şəxsin UNEC-də ən azı 3 il elmi-pedaqoji iş təcrübəsi olmalıdır. Tədqiqatın aparılacağı universitet isə dünya universitetlərinin reytinq sıralamasında (QS World University Rankings) həm ümumi, həm də ixtisas üzrə ilk 600 universitet siyahısında yer almalıdır.
Qaydalara görə, tədqiqatçının yenidən xarici universitetlərdə tədqiqat aparmaqla bağlı müraciət etməsi üçün həmin şəxs öncəki tədqiqatdan sonra UNEC-də 1 il pedaqoji fəaliyyət göstərməli, Scopus elmi bazasına daxil olan jurnallarda 3 və ya Web of Science platformasına daxil olan jurnallarda 2 məqalə nəşr etdirməlidir.