İyulun 10-11-də Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin avtomobil nəqliyyatı üzrə mütəxəssisləri Latviyaya səfər edəcəklər.
Unikal.org-un xəbərinə görə, onlar yük və sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrinə texniki baxış və həmin daşınmalarla məşğul olan sürücülərin ixtisaslaşdırılması və vaxtaşırı hazırlığı ilə bağlı məsələləri müzakirə edəcəklər.
Azərbaycanlı mütəxəssislər Latviyalı həmkarları ilə birgə avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmalarında Avtomobil Nəqliyyatının İdarə Edilməsi, beynəlxalq avtomobil daşımalarına çıxış ilə bağlı tələblər, üçüncü ölkələrin vətəndaşlarının sürücülük attestasiyası və digər mövzuları da müzakirə edəcəklər.