Bakıda piyadadan 10 manat rüşvət alan polislərin kimliyi müəyyənləşib.

Sözügedən məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Unikal.org-a bildirib ki, həmin polis əməkdaşları barəsində Bakı Şəhər Baş Polis İdarəsində xidməti yoxlama aparılır:

“Artıq həmin polisərin kimliyi müəyyənləşib. Araşdırma aparılır. Yoxlamanın nəticəsinə uyğun olaraq, onların barəsində qərar veriləcək”.

Qeyd edək ki, Bakıda Yol Polis əməkdaşının yolu düz keçməyən piyadaları saxlayaraq, onlardan rüşvət almasını əks etdirən görüntülər yayılıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə Yol Polisi əməkdaşı yolu səhv keçən 2 nəfər gənc piyadanı saxlaması əks olunub. daha sonra həmin gənclər yol polisinə 10 manat pul verərək, ərazidən uzaqlaşırlar.

Famil Fərhadoğlu