İndoneziyalı bir ailə tərəfindən yaradılan YouTube kanalında paylaşılan görüntülər görənlərdə şok təsiri yaradıb.

Unikal.org xarici KİV-ə istinadən xəbərinə görə, İndoneziyanın Tangerang şəhərində, 6 nəhəng pitonla yatağın üzərində uzanan 3 yaşındakı Dylan Maharaninin adlı uşağın görüntüləri marağa səbəb olub.

Uşağın valideyinləri insanlar tərəfindən sosial şəbəkələrdə və o cümlədən İndoneziyada ciddi tənqid olunublar.

Amma, valideyinlər onlara ünvanlanan tənqidlə razılaşmır və əksinə övladının heyvanlarla sıx təmasından sevindiklərini dilə gətirirlər. 

Zəhərsiz olduğu deyilən ilanlara bağlı şərh edən uşağın atası Syahrul tənqidlərə də cavab verib: "İnsanların bu mövzu haqqındakı hisslərini anlaya bilirəm. Bəzən mən də əsəbləşir və qorxuram. Ancaq qızımın heyvanlarla olan sevgisinin təsirini görüncə bütün qorxum keçir".