Bakıda Azərbaycan Notariat Palatasının təsis yığıncağı keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, tədbirdə nizamnaməsi yekdilliklə qəbul olunmaqla Azərbaycan Notariat Palatası təsis edilib.
Daha sonra Palatanın idarəetmə orqanlarının seçkisi keçirilərək İdarə Heyətinin, Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibi formalaşdırılıb.
2 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri seçilib.