Bakıda keçiriləcək XV Avropa Yay Olimpiya Gənclər Festivalı ilə əlaqədar müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində “Sarı zolaq” tətbiq ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Unikal.org-a verilən məlumata görə, məqsəd idmançıların və digər rəsmilərin idman obyektlərinə vaxtında çatmasını təmin etməkdir.

İlk “Sarı zolağın” çəkilişinə iyulun 8-i axşam saatlarında Ziya Bünyadov prospektində başlanılacaq. Zolaqların çəkilişi ilə əlaqədar müvafiq nişanlanma işləri aparılacaq və yol nişanları qoyulacaq.