"Grand Plaza” MMC reklam haqqında qanunvericiliyin pozulmasına görə inzibati qaydada cərimə edilib.
Unikal.org-un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 428.7.1. (müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə təqsirli bilinib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Nəsimi rayon Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarından “Grand Plaza” MMC tərəfindən verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, “Grand Plaza” MMC çoxmərtəbəli binaların tikintisini həyata keçirən şirkətdir.