Azərbaycan hökuməti Ümumdünya Ticarət Təşkilatının üzvü olan 20-yə yaxın ölkə ilə danışıqlar aparır”.
Unikal.org xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, danışıqlarda kiçik irəliləyiş əldə olunub: “Amma Azərbaycanın bu gün, ya sabah Ümumdünya Ticarət Təşkilatına üzv qəbul olunacağına hələ inanmıram”.