Bakının Suraxanı rayonunun Hövsan qəsəbəsində 2 maşın toqquşub.
Unikal.org xəbər verir ki, nəticədə sürücülərdən biri - 1977-ci il təvəllüdlü Salmanov Mehdi İsmayıl oğlu xəsarət alıb.
O, döş qəfəsinin əzilmiş yarası diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Xəstə həkim nəzarətinə götürülüb.