Şəki rayonunda 61 yaşlı kişi intihar edib.
Unikal.org-un məlumatına görə, hadisə rayonun Köndələn kəndində baş verib.
Belə ki, kənd sakini 1958-ci il təvəllüdlü Məharət Rüstəmov özünü qonşusunun həyətində asaraq intihar edib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.