Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) daha bir əməkdaşı saxlanılıb.
Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğunda keçirilən brifinqdə bildirilib.
Polis əməkdaşı iyunun 20-21-də Tbilisidə baş verən hadisələr zamanı səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir. O, aksiyanın dağıdılması zamanı istifadə olunan xüsusi vasitələri həddindən artıq tətbiq etməklə iki aksiya iştirakçısına xəsarətlər yetirib.
Qeyd edək ki, ötən gün Gürcüstan DİN-in bir əməkdaşı saxlanılıb.