Tacikistanla Qırğız Respublikası arasındakı sərhəddə atışma olub.
Unikal.org RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikasının Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, Tacikistan tərəfində sərhədyanı kəndin sakinlərinin bayraq qaldırması Qırğız tərəfdəki sakinlərin narazılığına səbəb olub.
Tərəflər arasında əvvəlcə şifahi mübahisə, sonra isə silahlı insident baş verib. Nəticədə 5 nəfər xəsarət alıb. Hadisəyə dair hər iki ölkə qurumları araşdırma aparır.