"Bütün Ukrayna Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüşün əla nəticələr verməsi üçün dua edir".

"Unikal" xəbər verir ki, bunu Ukraynanın ABŞ-dəki səfiri Oksana Markarova deyib. 

Markarova həmçinin Trampın müharibəni bitirmək istəyini və vitse-prezident J.D.Vansın Trampın sülh səylərini müzakirə etmək üçün Britaniyaya bu yaxınlarda etdiyi səfərini yüksək qiymətləndirdiyini bildirib.

Avqustun 15-də Putin və Tramp Alyaskada danışıqlar aparacaq. Əsas mövzu Ukraynada sülhdür. Müzakirə olunan təkliflər arasında ərazi mübadiləsi və Kiyevin NATO-ya üzv olmaqdan imtinası ola bilər. Bu fonda Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkə konstitusiyası istənilən ərazi güzəştlərini istisna edir.