Türkiyə turizminin qabaqcıl şirkətlərindən “Dedeman Holding”in idarə heyətinin sədri Murad Dədəman vəfat edib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur iş adamı Murad Dədəman 68 yaşında dünyasını dəyişib. O keçirdiyi açıq ürək əməliyyatından sonra infeksiya tutduğuna görə xəstəxanada saxlanılırdı. Həkimlərin səylərinə baxmayaraq məşhur iş adamının həyatını xilas etmək mümkün olmayıb.
İşçiləri Murad Dədəmanı itirdikləri üçün çox kədərli olduqlarını deyiblər. Onlar bildiriblər ki, Murad dədəman təkcə onlar üçün yox, həmçinin bütün iş dünyası üçün ilham mənbəyi olub.