Maliyyə Bazarlarına Nəzarət Palatası “Caspian Paint LTD” MMC-ni cərimələyib.

Unikal.org-un xəbərinə görə, şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib. Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Şirkətin 150 avro məbləğində cərimələnməsi barədə Nəsimi Rayon Məhkəməsinin qərarından verilən şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, Caspian Paint LTD boya istehsalı ilə məşğul olan şirkətdir.