“Bu günə Azərbaycan Dövlət Neft Fondunun 800 milyon manatlıq satılmayan vəsaiti var. Əgər həmin vəsait bazara çıxsaydı, manatın məzənnəsi xeyli möhkəmlənərdi”.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.
“Hazırda manat revalvasiya təhlükəsi ilə üzbəüzdür. Amma biz manatın bahalaşmasını istəmirik. Bunun təkcə müsbət deyil, həm də mənfi tərəfləri var”, - deyə o qeyd edib.