Emənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən yol qəzası nəticəsində 5 nəfər ölüb.

Unikal.org  “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Polisinin Mətbuat xidməti yayıb.

Hadisə iyulun 26-da Şuşa şəhər Su-Elektrik Stansiyasının yaxınlığında qeydə alınıb. “QAZ-31105” markalı avtomobil yoldan çıxaraq, dərəyə aşıb. 

Ölənlərin hamısı Ermənistanın Sünik vilayətinin Tex kəndindən olan bir ailənin üzvləridir. Onlar Dağlıq Qarabağa yasa gedirmiş.