Nigeriyanın Kşara əyalətində qaçırılan 4 türk vətəndaşı azad edilib.

Unikal.org xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Xatırladaq ki, ötən həftə “Paksoy-1” adlı türk gəmisi Nigeriya sahillərində dəniz quldurlarının hücumuna məruz qalmışdı. Nəticədə gəmidəki heyətin üzvləri əsir götürülmüşdü.
Onların qaytarılması üçün külli miqdarda pul tələb edilirdi.