Rusiyanın müxalifət lideri, “İrəliləyiş” partiyasının sədri Aleksey Navalnı xəstəxanaya yerləşdirilib.
Unikal.org "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, Navalnı xüsusi xidmət orqanları tərəfindən xəstəxanaya gətirilib və orada terapevtik şöbəyə yerləşdirilib.
Bildirilib ki, ötən gün Moskvada keçirilən icazəsiz aksiyalara görə saxlanılan Navalnıya ictimai asayişi pozmaq ittihamı ilə 30 sutka həbs verilib. Saxlama kamerasında allergiyadan şikayət edən müxalifət liderini bu səbəbdən xəstəxanaya aparıblar.
Hazırda onun vəziyyəti stabil qiymətləndirilir.