Ərzurum şəhərində qadın paltarları ilə girdikləri marketdən 500 TL nəğd pul və 50 min TL dəyərində siqaret oğurlayan 2 nəfər saxlanılıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki oğru tanınmamaq üçün qadın paltarları geyinərək Mahmut Toprağa aid mağazaya giriblər. Oğrular iş yerindəki kassadan 500 TL pul (150 manat), 50 min Tl (15 min manat) dəyərində müxtəlif markalardan siqaret və kompüter oğurlayıblar.
Oğurluq anı isə təhlükəsizlik kamerası vasitəsilə lentə alınıb. Görüntülərin polis tərəfindən araşdırılmasından sonra oğruların A.B. və F.Y. olduğu müəyyən olunub. Şübhəlilər saxlanılıb. Onların oğurladıqları siqaretlər və kompüter də tapılıb.