ABŞ-ın sahil təhlükəsizlik gücləri Sakit okeanın şərqində 13 ton kokain ələ keçirib. 

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 6 ayrı gəmidən tapılan kokainin dəyəri 350 milyon dollar (600 milyon manat) təşkil edib.

Təşkilat cari il ərzində 100-dən çox şübhəli qaçaqmalçılıq gəmisindən 230 min kilo kokain ələ keçirildiyi bildirilib. Şərqi Sakit okeanda isə 400-dən çox şübhəli saxlanılıb.