Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Al Səudun böyük qardaşı şahzadə Bəndər bin Əbdüləziz Al Səud vəfat edib.

Unikal.org xəbər verir ki, mərhumla vida mərasimi bu gün Məkkə şəhərindəki Məscidül-Həramda keçiriləcək.

Qeyd edək ki, Bəndər bin Əbdüləziz dövlətdə müəyyən şəxsi nüfuza malik olsa da, öz istəyilə heç bir rəsmi vəzifə daşımayıb. Son illər ağır xəstəlikdən əziyyət çəkirdi.