ABŞ-ın Viskonsin ştatındakı atışma nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

Unikal.org RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ABC News məlumat yayıb. 

Bildirilib ki, atışma Holli gölü və Lafayette şəhərlərindəki iki evdə baş verib. Bazar günü axşam Holly gölü şəhərində təcili çağırışa gələn polis bir kişi və bir qadının cəsədlərini tapıb. Atışmada yaralanan iki nəfər xəstəxanaya aparılıb.

Polisin versiyasına görə, hər iki atışmada şübhəli bilinən şəxs hadisə yerində ölüb.