Honkonqda iki avtobus toqquşub.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 77 nəfər xəsarət alıb.  

Bildirilir ki, qəzaya səbəb tunelin yaxınlığında iki ikitmərtəbəli avtobusun toqquşması olub. 

Hadisə yerinə 15 yanğınsöndürmə briqadası və 25 təcili yardım maşını gəlib.

Qəzanın səbəbləri hələlik məlum deyil.