Gürcüstanda mal ətinin qiymətində 2 lari bahalaşma qeydə alınıb.
Unikal.org xəbər verir ki, Tbilsinin aqrar bazarlarında bir ay bundan qabaq kiloqramı 18 lari (10,4 manat) olan mal əti hazırda 20 lariyə (11,5 manat) təklif olunur. Mağazalarda isə ətin qiyməti 21 lari (12 manat) təşkil edir.
Qonşu ölkədə ətin bahalaşması bu qida məhulunun çatışmazlığı və xarici ölkələrə diri mal-qaranın ixracı ilə əlaqələndirilir.
Mal ətinin qiymətinin artmasının davam edəcəyi proqnozlaşdırılır.